Filologiya fakültəsinin əməkdaşları Beynəlxalq simpoziumda

20-21 aprel 2018-ci il tarixdə Xəzər Universitetində “Qloballaşan təhsil” adlı Beynəlxalq simpozium keçirilmişdir. Simpoziumda Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşlarından dosent Afaq Yusifli və f.f.dok Səba Namazova məruzəçi kimi iştirak etmişlər. Eyni zamanda Azərbaycan dili kafedrasının əməkdaşı b.m. Aytən Əhmədova da məruzəçi kimi müzakirələrdəiştrak etmişdir.

Simpoziumun işində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Vyana Tətbiqi Elmlər Universitetinin professoru Ditmar Payer, Türkiyə Başkənt Universitetinin professoru Buket Akkoyunlu, Eskişehir Osmanqazi Universitetinin professoru prof. Ayhan Aydın qloballaşma kontekstində ali təhsil müəssisələrində gedən proseslər haqqında dəyərli elmi məruzələrlə çıxış etdilər.

Tədbirin sonunda məruzəçilərə Sertifikatlar təqdim olunub.